UEFA Niderlandın "Ayaks" klubunu cəzalandırıb.
 
Matc.az xəbər verir ki, buna Amsterdam təmsilçisinin fanatlarının Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" ilə İspaniyadakı ilk matçında qeyri-etik davranışları səbəb olub. UEFA "Ayaks"a 53 min 250 avro pul cəriməsi tətbiq edib.
 
"Ayaks" azarkeşləri komandalarının 0:2 hesabıyla məğlub olduğu oyunda meydana yad əşyalar atıb, tribunanın oturacaqlarını sındırıb.
 
"Ayaks" klubu rəsmi saytı vasitəsilə bu cəzanın veilməsində məsuliyyət daşıyan fanatları müəyyən edib, onlara qarşı müvafiq prosedurlara başlayacaqlarını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest