Serxio Ramos "Real"la müqavilə yeniləməyə bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, təcrübəli futbolçu klub rəhbərliyindən iki illik sözləşmə gözləyir. Ancaq Madrid təmsilçisi ona 1 illik müqavilə təklif edib. Ramosun hazırda 34 yaşı var. "Real" oyunçunun yaşının çox olduğunu əsas gətirərək, onun istəyini qəbul etmir. 

Təcrübəli müdafiəçi daha öncə verdiyi açıqlamada karyerasını "Real"da bitirmək istədiyini bildirmişdi. Ancaq tərəflərin hələlik razılığa gələ bilmədiyi qeyd edilir. Əgər Ramosun şərti qəbul edilməsə, yayda komandadan ayrılacağı ehtimal olunur. 

Qeyd edək ki, Serxionun klubla 2021-ci ilə qədər müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest