PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya koronavirus pandemiyası ilə əlaqədar karantin günlərindən danışıb. Matc.az xəbər verir ki, argentinalı futbolçu qərarlara riayət etməli olduqlarını bildirib:

"çox önəmli dönəmdən keçirik. Yaxşı gülər yaşamırıq. Artıq 14 gündür ki, karantindəyik. Daha iki gün belə qalacağımız deyilir. Supermarketə belə cəmi bir dəfə gedirik. Ehtiyatlı davranmalıyıq. Qızlarımı qorumaq üçün özümə diqqət edirəm. Evdə olmaq lazımdır, başqa yolumuz yoxdur. Argentinada da buna diqqətlə yanaşılır və hökumətin qərarlarına hörmət edilir. Bu, çox doğru addımdır. İnsanlar rəhbərləri dinləməli və düşünməlidirlər. Evdə qalsaq, buna qalib gələ bilərik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest