İngiltərə Premyer Liqasının necə bərpa ediləcəyi məlum olub. Matc.az xəbər verir ki, bu barədə "The İndependent" nəşri məlumat yayıb.

Premyer Liqa iyun- iyul ayları arası keçiriləcək. Görüşlər  London və ona yaxın şəhərlərdə baş tutacaq. Qarşılaşmaların hamısının canlı yayımlanacağı bildirilir. Ancaq maraqlısı odur ki, matçlar stadionlarda yox, klubların təlim bazalarında keçiriləcək.

Premyer Liqa təşkilatçıları mövsümün azrakeşsiz davam etməsi yönündə həmfikirdilər. Artıq bir neçə klubun bu təklifə müsbət yanaşdığı bildirilir. Yayım hüquna malik olan telekanal qrum rəsmilərinə liqanı tamamlamaqda təzyiq göstərir. Eyni zamanda kanal rəhbərliyi keçiriləcək 92 oyunun hamısını canlı nümayiş etdirəcəyinə söz verib.

Məşqçilərlə futbolçuların bazalarda qalacağı və karantin şərtlərinə əməl ediləcəyi vurğulanır. Bununla yanaşı, oyunların keçiriləcəyi şəhərdə xəstəxanalardan biri sırf futbolçular üçün ayrılacaq. Əgər zədələnən olarsa, dərhal həmin xəstəxanaya aparılacaq. Oyunçuların koronavirusa yoluxmuş xəstələr və onları müayəni edən həkimlərlə bir yerdə olmayacağı bildirilir.

Premyer Liqanın bərpasında ölkə rəhbərliyinin də istəyi var. Belə ki, dövlət  futbolların başlaması ilə həyatın normala dönəcəyini düşünür. Bununla da ölkədəki panikanı aradan götürməyi planlaşdırır. Ancaq qarşılaşmaların azarkeşsiz keçiriləcəyinin dəqiq olduğu qeyd edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest