"Səbail"in yarımmüdafiəçisi Hendrik Ekşteyn ölkəsi Cənubi Afrika Respublikasının mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu paytaxt klubuna keçməsində Maykl Esyeni səbəb göstərib:

"Hər oyunçu böyük futbolçularla birlikdə oynamağı xəyal edər. Esyen mənə zəng edib "Səbail"də çıxış etməyimi xahiş etdi. çox təəccübləndim və ondan zəng aldığım üçün qürurlandım. Bu, mənim üçün çox şey demək idi və işimin nəzərə alındığının göstəricisi idi. O, ən böyük klublarda oynayıb və bir çox kuboklar qazanıb. Esyenlə birlikdə çalışmaq, oynamaq üçün əlimdən gələni edirəm. Bu mənim üçün yaxşı bir motivasiyadır. Həmişə mənimlə danışır və inkişaf etdiyimi söyləyir. Onun kimi bir oyunçudan məsləhət almaq mənə çox xoşdu".

Qeyd edək ki, Hendrik Ekşteyn "Səbail"ə "Sabah"dan keçib.         

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest