A Seriyasının dayanması üzündən ciddi ziyana uğrayan "Yuventus" Kristiano Ronaldonu satmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə İtailya mətbuatı məlumat yayb.

"Yuventus"un mövsüm bərpa edildikdə Ronaldoya eyni maaşı vermə ehtimalı azdır. Hazırda 35 yaşlı ulduz futbolçu Turin təmsilçisində ildə 31 milyon avro qazanır.

Bu səbəbdən də  rəhbərlik portuqaliyalı ilə vidalaşmağı düşünür. "Yuventus"un Ronaldonu 70 milyon avroya satmağa hazır olduğu bildirilir. Bununla rəhbərlik 2022-yə qədər müqaviləsi olan futbolçuya iki il maaş verməkdən qurtulmağı planlaşdırır.

Qeyde dək ki, Ronaldo cari mövsüm "Yuventus"da 32 matç keçirib və 25 qol vurub.       

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest