"Real" futbolçuların maaşlarının azaldılmasında tələsmir. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi oyunçulardan maaşların kəskin azaldılmasını tələb etməyəcək. Əgər belə bir qərara ehtiyac duyularsa, futbolçuların əmək haqqlarında maksimum 10 faiz azalma olacaq.

Qeyd edək ki, "Barselona" oyunçuların maaşlarını 70 faiz endirdiyini açıqlayıb.        

                                                                                                                                                                   

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest