Kataloniya klubu yayda bir neçə futbolçunu həyətinə cəlb etmək istəyir. Onlardan ən əsası Neymar və Lautaro Martinesdir. Ancaq koronavirusun klublara vurduğu maddi ziyan onların transfer siyasətinə ciddi təsir edib

"Barselona" Antuan Qrizmannı satmağı düşünür. Matc.az xəbər verir ki, buna səbəb maliyyə sıxıntısı ilə qarşılaşmamaqdır.

Kataloniya klubu yayda bir neçə futbolçunu həyətinə cəlb etmək istəyir. Onlardan ən əsası Neymar və Lautaro Martinesdir. Ancaq koronavirusun klublara vurduğu maddi ziyan onların transfer siyasətinə ciddi təsir edib. Belə ki, "Barselona" rəhbərliyi heç bir gəliri olmadan adı çəkilən futbolçuları ala bilməyəcək. Bunun üçün də Qrizmannın satılması düşünülür. Kataloniya təmsilçisi ona 100 milyon avro qiymət qoyub.

Fransalı hücumçu ilə "Mançester Yunayted" maraqlanır. İngiltərə təmsilçisi Qrizmannı heyətinə qatmaqda maraqlıdır. Ancaq tərəflər arasında hələlik rəsmi görüş olmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest