Belçika höküməti çempionatı bitirməyə hazırlaşır. Matc.az xəbər verir ki, ölkə rəhbərliyi liqanı dayandırıb və hazırkı lideri çempion elan edəcək.

Məsələnin hazırda parlamentdə müzakirə edildiyi bildirilir. Ancaq böyük ehtimalla çempionatın bitirlməsinə qərar veriləcək. çünki dövlət yarışların bərpasını mümkün görmür. Beləliklə, turnir cədvəlində lider olan "Brügge" komandası çempion elan ediləcək. İkinci pillədəki "Gent" isə çempionlar Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazancaq.

ölkə kuboku və ikinci liqanın taleyi isə həlləlik bəlli deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest