Argentinanın "Boka Xuniors" klubunun rəhbəri Amor Ameal Edinson Kavanin komandaya mümkün keçidini şərh edib. Matc.az xəbər verir ki, klub rəhbəri PSJ-nin hücumçusunu almağa maddi durumlarının olmadığını bildirib.

Prezident Kavanin möhtəşəm bir oyunçu olduğunu və ən əsası "Boka Xuniors"a azarkeşlik etdiyini söyləyib. Ancaq Ameal hazırkı vəziyyətdə komandanın futbolçunu alacaq qədər maddi durumunun olmadığını sözlərinə əlavə edib.

Qeyd edək ki, Kavani PSJ-dən ayrılmaq istəyir. Fransa mətbuatı onun karyerasını "Boka Xuniors"da davam etdirəcəyini yazmışdı. Futbolçunun xidmətində "Atletiko" da maraqlıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest