İspaniyanın "Betis" klubu futbolçularının məvacibini azaltmağa qərar verib.
 
Matc.az xəbər verir ki, klub bu addımı koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün atıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
 
Bildirilir ki, klub futbolçularla razılıq əldə edib və məvaciblər 15 faiz azaldılacaq. Məvaciblərin azalması qərarına əsas komandanın məşqçilər heyətinin də daxil edildiyi bildirilib.
 
Daha əvvəl "Barselona"nın futbolçuları məvaciblərin azalmasına razı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest