İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirus pandemiyası səbəbindən dayanan A Seriyasının gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, qrum rəhbəri mövsümü tamamlamaq istədiklərini  bildirib:

"Əsas gündəmimiz mövsümü tamamlamaqdır. Fikrimiz var ki, mayın 20-də və ya iyunun əvvəlində başlayıb iyulda bitirək. Hətta liqanı avqust-sentyabr ayları arası da keçirə bilərik. Ancaq bu halda gələn mövsümü risk altına atarıq. Onun üçün də bu ehtimal zəifdir. Əgər mövsümü ləğv etsək, bizim üçün daha çətin olacaq. Bu, klubların maliyyə böhranı yaşayacağı deməkdir. O zaman isə məcburuq A Seriyası liderini çempion elan edək. Ancaq əminəm ki, bu qərar "Yuventus"un da xoşuna gəlməyəcək".

Qeyd edək ki, Turin təmsilçisi "Latsio"nu bir xal qabaqlayaraq turnir cədvilənə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest