"Latsio" hücumçusy çiro İmmobileni satmağa hazırdır. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, rəhbərlik oyunçuya 80 milyon avro qiymət qoyub. Əgər bu pulu verə biləcək klub olarsa, oyunçu satılacaq. İmmobile ilə daha əvvəl "Everton" və "Napoli"nin maraqlandığı deyilirdi. Ancaq klubların bu rəqəmi verə biləcəyi inandırıcı deyil.

Koronavirus epidemiyası üzündən maddi böhran yaşayan komandaların bu məbləğdə transferlər edə bilməyəcəkləri qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest