"Liverpul"un tibb personalının rəhbəri Metyu Eşton şəhərdə koronavirus epidemiyasının artmasını "Atletiko" ilə çempionlar Liqasının 1/8 final qarşılaşması ilə əlaqələndirir. Matc.az xəbər verir ki, o, görüşün oynanmamalı olduğunu bildirib:

"Matçın keçirilməsi səhv qərar idi. Hökumət vəziyyətin ciddiliyini o zaman başa düşmədi. çox güman ki, "Atletiko" ilə oyun koronavirusa yoluxanların sayının artmasına təsir etdi. Təbii ki, bunu dəqiqliyi ilə bilməyəcəyik. Gələcəkdə belə səhvlər etməmək üçün bundan dərs çıxartmaq lazımdır".

Qeyd edək ki, "Liverpul" – "Atletiko" görüşü üçün İspaniyadan İngiltərəyə 3000 azarkeş gəlmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest