"Bavariya" oyunçuların maaşlarını 20 faiz azaldacağını bildirdi. Matc.az xəbər verir ki, bu barədə klub rəsmisi Oliver Kan məlumat verib.

"Bu gün həmrəylik nümayiş etdirməliyik. İdarə heyəti, məşqçilər və oyunçular maaşların azaldımasında həmfikirdilər. Bəzi klublar belə qərar verə bilmirlər. Ancaq biz bir ailəyik və ən çətin anlarda bir olmalıyıq"- deyə, Oliver bildirib.

Qeyd edək ki, Bundesliqa koronavirus səbəbindən aprelin 30-na qədər təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest