Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Emre Belözoğlu mövsümün sonunda karyerasını bitirəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
39 yaşlı yarımmüdafiəçi mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib.
 
Karyerası ərzində "Qalatasaray", "İnter", "Nyukasl", "Atletiko", "Başakşəhər" kimi klublarda çıxış edən Əmrə, 2019-cu ilin yayından "Fənərbaxça"da idi. Onun "bülbüllər"lə müqaviləsi mövsümün sonuna qədərdi.
 
Yarımmüdafiəçi 101 dəfə formasını geyindiyi Türkiyə yığmasında 9 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest