UEFA Qazaxıstanın "Ordabası" klubuna qarşı tətbiq etdiyi cəzanı ləğv edib.
 
Matc.az xəbər verir ki, qitənin ali futbol qurumu sözügedən klubun qarşıdakı iki mövsümdə avrokuboklarda oynamasına qadağa qoymuşdu.
 
Lakin UEFA-nın Klublara Maliyyə Nəzarət Orqanının son məlumatına görə, "Ordabası" avrokuboklardan kənarlaşdırılmayacaq. Belə ki, Şimkent təmsilçisi 2019-cu ilin dekabrında müəyyən olunmuş maliyyə meyarlarını yerinə yetirdiyi üçün avrokuboklarda iştiraka qoyulan qadağa aradan qaldırılıb.
 
"Ordabası"ya Bakı "İnter"inin (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadze rəhbərlik edir. Komanda ötən mövsüm Premyer Liqanı 3-cü pillədə bitirdiyi üçün Avropa Liqasında iştirak hüququ qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest