"Real" icarə əsasında "Borussiya"da (Dortmund) çıxış edən futbolçusu Əşrəf Hakimi ilə müqaviləni yeniləyib.
 
Matc.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" 21 yaşlı futbolçuyla 2023-cü ilin yayınadək nəzərdə tutulan yeni müqavilə imzalayıb.
 
Hakiminin adı son vaxtlar "Bavariya" və PSJ ilə yanaşı çəkilirdi. Eyni zamanda, "Borussiya"nın da futbolçunu birdəfəlik heyətinə qatmaq istədiyi deyilir.
 
Hakiminin "Real"la müqaviləsi 2022-ci ilədək nəzərdə tutulmuşdu. Onun "Borussiya" ilə icarə müqaviləsi mövsümün sonunda bitəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest