1994-cü ildə Braziliya ilə dünya çempionu olan və 2006-2010-cu illər aralığında ölkəsinin milli komandasını çalışdıran Dunqa, koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar həmyerlilərinə yardım etməyə qərar verib.
 
Matc.az xəbər verir ki, o, pandemiya sonrası ciddi çətinliklərlə üzləşən braziliyalı ailələrə 10 tonluq qida yardımı edib. Keçmiş futbolçu həmçinin 2 min körpə üçün uşaq bezi hədiyyə edib.
 
"Marca"nın xəbərinə görə, braziliyalı mütəxəssis bundan öncə də oxşar yardımlarla diqqət mərkəzinə düşüb. Dunqa yaranan vəziyyətlə əlaqədar bunları söyləyib:
 
"İndi həyat hər birimizi daha yaxşı insan olmağa məcbur edir. İtirəcək vaxtımız yoxdu. 10 tondan çox qida topladıq. Amma bu yöndə mübarizəyə davam edəcəyik". 
 
Qitənin ən böyük ölkəsi olan Braziliya, Cənubi Amerikada koronavirusun ən çox təsir etdiyi ölkələrin başında gəlir. ötən günə olan məlumatlara görə, Braziliyada 9 mindən çox insan koronavirusa yoluxub, 359 nəfər dünyasını dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest