İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Renat Dadaşovun dəyəri azalıb. Matc.az "transfermarkt.com"a istinadən xəbər verir ki, oyunçunun əsas heyətə düşə bilməməsi qiymətini də təsir edib.

Millimizin üzvünə yenilən siyahıda 350 min avro qiymət qoyulub. Dadaşov ötən ilin dekabrında 400 min avro dəyərində idi. Ancaq 20 yaşlı futbolçunun "Vulverhempton"un U21 komandasında çıxış etməsi və əsas heyətə düşə bilməməsi qiymətinin azalmasına səbəb olub.

İngiltərə mətbuatı bu yaxınlarda Renatın klubdan göndəriləcəyini yazmışdı. Buna səbəb onun heyətdəki əsas oyunçu Raul Ximeneslə rəqabətə girə bilməməsidir. Rəhbərlik futbolçunu başqa bir kluba icarəyə verməklə onun inkişaf edəcəyini düşünür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest