“Roma” Cengiz Ünderi satmağı düşünür. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi Türkiyə millisinin üzvü ilə yayda yollarını ayıracaq. 22 yaşlı futbolçunun Almaniya və İngiltərədən təklifləri var. Cengiz 2015-ci ildə 15 milyon avroya “Roma”ya transfer olmuşdu. Klub rəhbərliyi eyni məbləğ qarşılığında oyunçu satmağı düşünür.

Futbolçunun komandası ilə 2023-cü ilə qədər müqaviləsi var.          

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest