İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Con Arne Riise avtomobil qəzasi keçirib.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, dünən gecə saatlarında Tonsberqdən evinə gedən norveçli sabiq futbolçu, idarəetməni itirib və avtomobil yolun kənarındakı maneələrə çırpılıb. 
 
Avtomobildə Con Arnenin 19 yaşlı qızı Ariana da olub.
 
Həm sabiq futbolçu, həm də qızı qəzadan sonra xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest