"Zirə"nin hücumçusu Ağabal Ramazanovun matc.az saytına müsahibəsi

-Karantində vaxtını necə keçirirsən?

-Deyilənlərə uyğun hərəkət edirəm. çox vaxt evdə qalmağa çalışıram. Yalnız zərurət halında çölə çıxıram. Hazırkı durumdan şikayət eləmək doğru olmaz. çünki bu qərarlar bizim sağlamlığımız üçün verilib. Açığı, kitab oxuyan deyiləm. Boş vaxtlarımda kinoya baxıram. Artıq "YouTube"də kino qalmayıb, hamısına baxmışam (gülür).

-Formada qalmaq qüçün nə edirsən?

-Təbii ki, formada qalmaq çətindir. çünki bunu yalnız kollektiv məşqlərdə bacarmaq olur. Ancaq yenə də müəyyən hazırlıqlar edirəm. Gündə 40-50 dəqiqə məşq etməyə çalışıram.

-Futbolsuz qalmaq çətindir?

-çox çətindir, heç cür izah etmək olmur. Futboldan getmiş oyunçuların nə çəkdiyini indi başa düşürəm. Demək ki, karyeranı bitirmək, ayrılmaq o qədər də asan deyilmiş.

-Məşqçilərdən hansısa təlimatlar olur?

-Bəli, olur. Hər gün bizimlə əlaqə saxlayırlar. "Whatsapp" qrupumuz var, ora gündəlik məşq proqramları gəlir. Hamımız çalışırıq ki, bunlardan istifadə edək.

-çempionatın ləğvi gündəmdədir. Buna mübasibətin necədir?

-Bu barədə nəsə demək istəmirəm. Ancaq insan sağlamlığı hər şeydən öncədir.

-Bu qədər fasilədən sonra yenidən oynamaq çətin olmayacaq?

-Təbii ki, asan deyil. Ancaq məşqlərimiz başlasın, biz tez formaya düşərik. Yetər ki, məşqlər başlasın.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest