Millimiz 10 komandanı - Ermənistan, Kipr, Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino və Lixtenşteyni qabaqlayır. Siyahıya isə Almaniya millisi başçılıq edir. İngiltərə 2-ci, İspaniya isə 3-cü sırada yer alıb.

21 yaşadək futbolçulardan ibarət yığmaların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, Avropanın 55 komandası son üç tsikldəki nəticələrinə görə sıralanıb.

Millilər AVRO-2015 ilə AVRO-2017-nin seçmə və final, AVRO-2019-un seçmə oyunlarına görə əmsal xalları toplayıb. Azərbaycan yığması da siyahıda yer alıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın hesabında 15 min 836 xal var. Yığmamız bu əmsalla Avropada 45-cidi.

Millimiz 10 komandanı – Ermənistan, Kipr, Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino və Lixtenşteyni qabaqlayır. Siyahıya isə Almaniya millisi başçılıq edir. İngiltərə 2-ci, İspaniya isə 3-cü sırada yer alıb.

Qeyd edək ki, reytinq sıralaması AVRO-2021-in seçmə mərhələsinin püşkatması zamanı səbətlərin tərkibinin müəyyənləşməsində həlledici olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest