Türkiyənin "Beşiktaş" klubu futbolçusu Pedro Reboşo ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İcarə əsasında "Beşiktaş"da forma geyinən və müqaviləsi mövsümün sonuna qədər olan Reboşo ilə müqaviləyə xitam verilib.
 
"Beşiktaş" portuqaliyalı futbolçunun menecerinə bu haqda məlumat verib və Reboşoya karyerasında uğurlar arzulayıb.
 
"Beşiktaş" 25 yaşlı müdafiəçini Fransanın "Genqam" klubundan icarəyə götürmüşdü. Reboşo, Super Liqada 9 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest