"Məşqçilər bizə öz tapşırıqlarını verirlər. Onları həyata keçirməyə çalışırıq. Formada qalmaq çox önəmlidi"

"Karantin dönəmini evdə keçirirəm, çox vaxt film izləyirəm. Əlimdən gələn qədər ev şəraitində məşq etməyə çalışıram"

Bu sözləri matc.az saytına "Qəbələ"nin müdafiəçisi Amin Seydiyev deyib. U21 millimizin üzvü tezliklə çempionatın bərpa olunacağını ümid edir:

"Məşqçilər bizə öz tapşırıqlarını verirlər. Onları həyata keçirməyə çalışırıq. Formada qalmaq çox önəmlidir. Açığı, futbolsuz yaşamaq çətindir, sanki həyat dayanıb. Düzdür, insan sağlamlığı hər şeydən üstündür. Ancaq çempionatın ləğv olunmasını istəmirəm. ümid edirəm ki, hər şey yoluna düşəcək və futbollar başlayacaq. Gec də olsa, çempionatın davam etməsindən yanayam. Mövsüm bərpa edilsin, əlimizdən gələni edib tez formaya düşəcəyik".

                

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest