"Napoli"nin hücumçusu Arkdaiuş Milik karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Atletiko" oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, "Milan və "Şalke"dən sonra Madrid təmsilçisi də futbolçunu transfer etmək istəyir. Milikin "Napoli" ilə müqaviləsi  2020-21-ci ilə qədərdir. Rəhbərlik polşalı hücumçu ilə sözləşməni  uzatmaq istəsə də,oyunçu buna razı olmayıb. Bunun üçün də Milikin komandadan ayrılacağı bildirilir.

26 yaşlı oyunçu "Atletiko"da oynamağa müsbət yanaşır. O, baş məşqçi Dieqo Simeone ilə çalışmaqdan məmnundur.

"Napoli" forvard üçün 32 milyon avro tələb edir.             

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest