Dortmund "Borussiya"sının futbolçusu Mario Götse komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.
 
Matc.az xəbər verir ki, "Mirror" nəşrinə açıqlama verən alman yarımmüdafiəçi, karyerasıyla bağlı yeni qərarlar verdiyini deyib:
 
"Bu gün elan etmək istəyirəm ki, karyeramda dəyişiklik etmək qərarına gəlmişəm. Artıq menecerimi dəyişdim. Bu, gələcək karyeramla bağlı verdiyim vacib qərarlardan idi".
 
Götsenin adı "Herta" ilə də yanaşı çəkilir. "Borussiya" futbolçuya yeni müqavilə təklif etmiş, lakin danışıqlar uğursuz nəticələnmişdi. Mario 2016-cı ildən Dortmund klubunun şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest