Şotlandiyanın "Seltik" klubu koronavirus pandemiyasına görə yarana biləcək maliyyə itkisini minimuma endirmək üçün futbolçularının məvaciblərini azaldacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Xəbərdə, futbolçuların maaşlarının azaldılmasına razı olduqları bildirilib. Oyunçularla yanaşı, məşqçilərin və rəhbərliyin də maaşlarının önəmli bir hissəsindən imtina etdiyi açıqlanıb.
 
"Seltik" həm də ödəmələrin iyun ayına qədər dayandırıldığını bəyan edib.
 
Şotlandiya Premyer Liqasında mövsüm iyunun 10-na qədər təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest