"Qalatasaray"ın futbolçusu Mariano karyerasını Braziliyada davam etdirməyə hazırlaşır.
 
Matc.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Türkiyə klubundan ayrılmaq istədiyini "Fox Brasil" nəşrinə açıqlamasında bəyan edib:
 
"Planım Braziliyaya qayıtmaqdı. ölkəmə dönməyi həqiqətən çox istəyirəm. Ailəm də eyni düşüncədədi. Amma indi olduğum yerdə də məmnunam. Son 10 oyunda 5 məhsuldar ötürmə vermişəm. Bu, "Qalatasaray"da keçirdiyim ən yaxşı dönəmdi. Dörd il daha oynaya biləcək fiziki gücə sahibəm. Braziliyadakı bəzi klublarla danışığımız olub. Etik baxımdan düzgün olmadığı üçün ad açıqlamaq istəmirəm. Müqaviləmin sonuna yaxınlaşdığımız üçün mənimlə maraqlanan klublara açıq qapı buraxmışam".
 
Mariano təklif aldığı klublardan birinin "Flamenqo" olduğunu gizlətməyib: "Onlar Rafinyanı transfer etməzdən öncə mənə təklif göndərmişdilər. Amma sonradan Rafinyanı transfer etməyə qərar verdiklərini bildirdilər. Mən də "problem yoxdu, Türkiyədə xoşbəxtəm" dedim".
 
Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı Marianonun "Palmeyras"la razılığa gəldiyini yazmışdı. "Cim-bom"un bu transferdən 1 milyon avro qazanacağı bildirilir.
 
Türkiyə çempionu ilə bu ilin yayına qədər müqaviləsi olan Mariano, bu mövsüm Super Liqada 15 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest