Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, daha bir ölkədə futbol mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, bu gün Tayvanda milli çempionatın ilk turunun oyunları keçirilib.
 
8 komandalı çempionatda açılış turunun bütün oyunları eyni günə təsadüf edib. Son çempion "Taybey Tatunq" evdə "Taypover"ə uduzub - 2:3. "Hanq Yun" öz meydanında "Tayçenq Lions"a 4 cavabsız qolla qalib gəlib. "Taynan Siti" səfərdə "Minq çan Universiti"dən üstün olub - 4:2. "Tayçunq" - "Tayvan Universiti" matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.
 
2-ci turun oyunları aprelin 19-da keçiriləcək.
 
Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb.
 
Əlavə edək ki, hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest