"İnter"in hücumçusu Romelu Lukaku sosial şəbəkə hesabından açıqlama verib. Matc.az xəbər verir ki, o, komanda yoldaşı Lautaro Martines barədə fikirlərini bölüşüb:

"O,heyvandır kimi vəhşidir. Hər şeydə çox yaxşıdır, daim inkişaf edir. Adının bir çox klubla çəkilməsi normaldır. Martines buna layiqdir. Mən onu sevirəm".

Lukaku bundan öncə çıxış etdiyi Premyer Liqa ilə İtaliya çempionatını müqayisə edib:  "A Seriyası həqiqətən yaxşıdır. Oyunun intensivliyi və enerji səviyyəsini Premyer Liqa ilə müqayisə etmək olar. Onu deyim ki, İtaliya klubları taktikaya çox diqqət yetirirlər, buna görə daha çox cəhd etməlisiniz. Qol vurmaq insanların düşündüyü qədər asan deyil, bunun üçün hər matç fərqli şəkildə oynamalısan. Hər liqanın öz güclü tərəfləri var və mən burada çıxış etməkdən məmnunam. Həm İtaliyanı, həm də İngiltərəni sevirəm. Hər iki ölkə mənə yaxındır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest