"Bavariya"nın üzvü Kinqsli Koman "Barselona"nın maraq dairəsindədir. Matc.az xəbər verir ki, Kataloniya klubu Lautaro Martines və ya Neymarın komandaya keçidi alınmasa, fransalını heyətə cəlb edəcək.

Münhen təmsilçisi oyunçuya 60 milyon avro qiymət qoyub. Əgər "Barselona" bu məbləği ödəməyə razı olarsa, transfer gerçəkləşə bilər. Ancaq Kataloniya klubu üçün öncəlik Neymar və ya Martinesdir.

23 yaşlı oyunçu cari mövsümdə 24 oyun keçirib və 5 qol vurub. Futbolçunun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest