"Lion"un üzvü Memfis Depay karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, futbolçu ilə "Latsio" və "Milan" klubları maraqlanır.

Məlumata görə, Fransa klubu oyunçu üçün 50 milyon avro tələb edir. Ancaq İtaliya təmsilçiləri bu məbləği ödəyə bilmirlər. Depayın "Lion"la müqaviləsi gələn il sona çatır. "Milan" rəhbərliyi futbolçunu icarəyə də götürə bilər.

Qeyd edək ki, 26 yaşlı oyunçu cari mövsüm komandası ilə 18 matç keçirib və 14 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest