İspaniyanın "Real Sosyedad" klubu məşqlərə başlamaq fikrindən daşınıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
"Real Sosyedad" aprelin 14-dən etibarən məşqləri bərpa edəcəyini açıqlamışdı. Lakin ölkənin idman nazirliyinin İspaniyadakı mövcud vəziyyətlə əlaqədar kluba etdiyi xəbərdarlıqdan sonra, məşqlərin bərpa olunması qərarında dəyişiklik edilib.
 
Məsləhətləşmələrdən sonra oyunçuların evdə karantin rejimində fərdi qaydada məşqlərinin davam etdirilməsinə qərar verilib.
 
Xatırladaq ki, İspaniyada martın 14-dən etibarən komandaların məşq etməsinə qadağa qoyulub. Martın 8-dən dayandırılan İspaniya La Liqasının ən yaxşı halda mayın 28-də bərpa oluna biləcəyi ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest