İspaniyanın "Atletik" klubunun hücumçusu Aris Adurisin cari mövsümün sonunda karyerasını bitirəcəyini xəbər vermişdik.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu, karyerasını daha gec bitirəcək.
 
Buna səbəb, çempionatların koronavirus pandemiyası səbəbiylə dayandırılmasıdır. Adurisin "Atletik"lə "Real Sosyedad" arasında keçiriləcək İspaniya kubokunun final oyunundan sonra karyerasını bitirəcəyi bildirilir.
 
Aduris 2012-ci ildən "Atletik"in şərəfini qoruyur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest