21 yaşadək futbolçular arasında növbəti Avropa çempionatının ev sahibi dekabrın 2-3-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin yığıncağında müəyyənləşəcək. Matç.az saytı xəbər verir ki, AVRO-2021-ə yalnız bir namizəd olduğundan iclasda Macarıstanla Sloveniyanın birgə final mərhələsini qəbul etməsi rəsmiləşəcək.

Artıq seçmə mərhələnin püşkatmasının vaxtı da dəqiqləşib. Mübarizəyə başlayacaq 53 komanda dekabrın 11-də qruplara bölünəcək.

Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycan millisi də qrupdakı rəqiblərini həmin gün tanıyacaq. 53 yığma 9 qrupa bölünəcək. Bunların 8-də 6, birində 5 komanda yer alacaq.

Seçmə mərhələnin oyunlarına 2019-cu ildə start veriləcək. Martda mübarizəyə başlayacaq yığmalar 2020-ci ilin oktyabrında qrupun ən yaxşılarını müəyyənləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest