"Bildirilir ki, Aue təmsilçisi uzun fasilənin ardından çalışmalara başlayıb. Hazırlıqlar məşqçilər heyətinin tətbiq etdiyi xüsusi proqramla davam etdirilir"

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" məşqləri bərpa edib. Matc.az xəbər verir ki, bu barədə klub saytından məlumat verilib.

Bildirilir ki, Aue təmsilçisi uzun fasilənin ardından çalışmalara başlayıb. Hazırlıqlar məşqçilər heyətinin tətbiq etdiyi xüsusi proqramla davam etdirilir. Məşq zamanı futboçuların ara məsafəsini qoruyacağı və həkimlərin nəzarətində olacaqları qeyd edilib.

Bununla yanaşı, açıqlamada çempionatın mayda başlayacağı və görüşlərin azarkeşsiz keçiriləcəyinin ehtimal edildiyi vurğulanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest