AFFA-nın Hakimlər və Hakim İnspektorlar Departamentinin avstriyalı sədri Frits Ştuxlikin müsahibəsi
 
- Xarici İşlər Nazirliyi bütün avstriyalıları ölkəyə qaytarmağa çalışır. Niyə sizə hələ də Bakıda qalmısınız?
 
- Burada iki məqam var. Birincisi, Avstriyaya qayıtsam, 2 həftəlik karantində olacağam. Sonra yenidən Azərbaycana gəlsəm, məni 14 günlük və ya daha uzun müddətlik karantin gözləyir. İkincisi, futbol yenidən başlasa, Azərbaycanda olmalı idim. çünki AFFA qarşısında öhdəliklərim var.
 
- Hökumət və ya səfirliklə əlaqə saxlayırsınız?
 
- Avstriyanın Bakıdakı səfirliyi daim mənimlə əlaqə saxlayır və bütün lazımı məlumatları alıram. Səfirlik əla işləyir. Hamı əlindən gələni edir.
 
- Azərbaycanda koronavirus hansı sürətlə yayılır?
 
- Son hesabatlar elə də narahatedici deyil. Hər gün təqribən 50 yeni yoluxma halı qeydə alınır. Əhalisi 10 milyondan çox olan ölkə üçün bu, dramatik göstərici deyil. Bununla belə, hökumət yoluxmanın arta biləcəyindən narahatdır və bir sıra tədbirlər görülüb. İdman və digər tədbirlərə qoyulan qadağalarla yanaşı, sistem əhəmiyyətli işlərdə çalışmayan insanların işə getmələrinə icazə verilmir. ölkədə karantin rejimi tətbiq olunur. Yaşayış yerinizi SMS-lə əvvəlcədən qeydiyyata alındıqdan və sonrakı icazədən sonra tərk edə bilərsiniz. Şərtlər çox sadədir. Gün ərzində yalnız bir dəfə 2 saat ərzində marketə gedə və ya yarım saat gəzə bilərsiniz. Həmçinin tibbi yardım almaq, həkimə və ya aptekə getmək olar. SMS-ə dərhal cavab verilir və ondan küçədə polis sizi saxlayarsa, yoxlamaq üçün istifadə olunur.
 
- Premyer Liqa və I Divizionda neçə oyun qalıb?
 
- Premyer Liqada hələ 8 tur var. Həmçinin ölkə kubokunun yarımfinal və final matçları da qalıb. Oyunların hansı şəraitdə keçirilməsi barədə nəsə demək çətindir. Turnir cədvəlində komandalar bir-birilərinə yaxındır. Demək olar ki, "Qarabağ" son 6 ildəki kimi çempion olacaq. Bu komandanı avrokubok zonasında yer alan "Neftçi" və "Keşlə" izləyir. Bu mövsüm elitanı tərk edən olmayacaq. çünki növbəti mövsümdən komanda sayını 8-dən 10-a yüksəltməyi planlaşdırırlar. çempionatı bərpa etmək mümkün olmasa, bu, əslində yaxşı məqamdır.
 
- çempionatlarda yaranmış məcburi fasilə hakimlər üçün hansı çətinlikləri yaradır?
 
- çatışmazlıqlardan biri budur ki, futbol sahəsində çalışan hər kəs matçları izləməyi və oyunlarda iştirak etməyi sevir. Əlbəttə, hakimlərin də problemləri ondadır ki, hazırkı məqamda yalnız məhdud çərçivədə məşq edə bilirlər. Onlar xoşbəxt deyillər. çünki idmanla məşğul olmağı sevirlər və həftədə 3 dəfə məşq edirdilər. Həmçinin həftədə bir dəfə texniki təlim keçməli idilər. Hazırda isə bütün bunlar tətbiq olunmur. Video-konfrans formatında fərdi məşq edirlər və ya texniki təlim olur. Azərbaycanda hakimlər müqavilə bağlamırlar. Onların 95 faizi qonorar hesabına dolanırlar. Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır. Bundan başqa, AFFA 2019-cu ilin yayından bu yana hakimlik edən şəxslərə pul verəcək. Hətta bu, o vaxtdan oyun idarə etməyənlərə də şamil olunur. çünki hazırda çempionatların dayanması onların günahı deyil.
 
- Premyer Liqanın bərpası üçün telekanallar qarşısında hər hansı öhdəliklər varmı?
 
- Azərbaycanda teleyayım məsələsi çempionatın bərpası üçün həlledici amil sayılmır. Yeganə sual budur ki, insanlar kütləvi şəkildə bir yerə toplaşacağı halda Azərbaycan hökuməti təhlükəni necə qiymətləndirəcək. Buna baxmayaraq, açıq şəkildə söyləmək lazımdır ki, əvvəlki turlarda çempionat oyunlarını izləyənlərin sayı çox deyildi və gələcəkdə də bunun əhəmiyyətli dərəcədə artmayacağı dəqiqdir. Problem ondadır ki, futbol kimi komanda oyunlarında fiziki kontakt olur, bu isə yoluxma riski deməkdir. Müvafiq qurumlar vəziyyəti qiymətləndirib futbol federasiyasına bildirəcəklər. Hazırda məsələ açıq olaraq qalır, hər hansı həll yolu yoxdur. Ona görə də AFFA həftənin sonunda nə olacağını gözləyir. Bu vaxta qədər ölkədə karantin rejimi qüvvədə olacaq. Aprelin 19-dan sonra ölkədəki vəziyyət nəzərdən keçiriləcək.
 
- Belarus və Tacikistanda pandemiyaya baxmayaraq, çempionat keçirilir. Azərbaycanda bu, necə qəbul olunur?
 
- Mən həmin atomosferi hiss edirəm. çünki evimdəki telekanallardan biri Belarus çempionatını canlı göstərir. Həftəonu 2 oyuna baxdım. Onların sayəsində futbolu yaşayırıq. Amma düşünmürəm ki, bu, Azərbacyan üçün nümunə ola bilər. Futbolun dayandırılması məsələsinə gəlincə, AFFA bu məsələdə çempionatlarını müvəqqəti olaraq təxirə salan UEFA-ya üzv digər ölkələrdən nümunə götürdü. İnanmıram ki, virus Belarus, Tacikistan və ya Türkmənistanın sərhədlərini keçə bilmir. Amma hər bir ölkə qərar verməkdə sərbəstdir. İnanıram ki, Azərbaycan ilk növbədə insanların sağlamlığını qoruyan Avropa yolunu izləyəcək. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest