"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin mövqeyi isə ciddi dəyişikliyə uğrayıb. Hesabında cəmi 123 xal qalan mütəxəssis siyahıda 976-cıdı.

Məşqçilərin dünya reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, bu gün dərc olunan siyahıda Topaz Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

Reytinqə daxil edilən yeganə azərbaycanlı məşqçi, "Qarabağ" və milli komandanın çalışdırıcısı Qurban Qurbanov 1073 xalla 455-ci yerdə qərarlaşıb. Son bir həftədə əmsalı dəyişməyən 46 yaşlı mütəxəssis 3 pillə irəliləyib.

"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin mövqeyi isə ciddi dəyişikliyə uğrayıb. Hesabında cəmi 123 xal qalan mütəxəssis siyahıda 976-cıdı. ötən həftə 482 xalla dünyanın 698-cisi olan Bordin bu müddətdə sanki "uçurum"a - 278 pillə aşağı yuvarlanıb.

Qeyd edək ki, cədvələ "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 584 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest