UEFA İcraiyyə Komitəsinin növbəti iclasının tarixi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, qitə futbol qurumunun rəsmiləri aprelin 23-də videokonfrans vasitəsi ilə bir araya gələcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Bundan iki gün öncə, aprelin 21-də isə UEFA-ya üzv olan 55 milli assosiasiya ilə oxşar görüş təşkil olunacaq. İclaslarda həm daxili, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest