"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Ukraynaya qayıtmaq istədiyini bildirib:

"çernomorets"dən ona görə ayrıldım ki, rəhbərlik klubun qarşısına imkansız tələblər qoydu. Bununla yanaşı, daha güclü komandada çalışmaq və özümü çempionlar Liqasında sınamaq istədim. Ancaq yenidən Ukraynaya qayıtmaq istəyirəm. Bu, mənim arzumdur və buna hazıram. ümid edirəm ki, belə bir şansım olacaq".

Qeyd edək ki, Qriqorçuk 2015-18 ci illərdə "Qəbələ"ni çalışdırıb. Onun son iş yeri Qazaxıstanın "Astana" klubu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest