Rusiyanın "Spartak" (Moskva) klubu Dortmund "Borussiya"sından icarəyə götürdüyü Andre Şürrle ilə yollarını ayırmağa qərar verib.
 
Matc.az xəbər verir ki, bunu paytaxt klubunun baş direktoru Tomas çorn "Bild"ə açıqlamasında deyib: 
 
"Doğrudu, Andre ilə razılığa gəldik ki, müqavilədəki transfer hüququnun alınması maddəsindən istifadə etməyək. Ancaq o, gənclərdən qurulan komandamızı təcrübəsi ilə zənginləşdirən aparıcı bir futbolçudu".
 
Qeyd edək ki, "Spartak"ın Şürrle ilə icarə müqaviləsində onun transfer hüquqlarını 7 milyon avroya almaq maddəsi var idi. Almaniyalı yarımmüdafiəçi 2019-cu ilin iyul ayında Moskva klubuna keçib. O, bu komandada 18 qarşılaşmada 2 qol vurub, qol ötürməsi verib. Lakin koronavirus pandemiyası ilə əlaqədar Şürrle və ailəsi hazırda Berlindədi. Alman nəşrinin iddiasına görə, futbolçu artıq Moskvaya qayıtmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest