21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Matç.az saytı xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov yığmaya 24 oyunçu dəvət edib.

Həmin oyunçular Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçlə qarşılaşmada iştirak edəcək.

U-21-in heyəti: Kamran İbrahimov, ömər Buludov, Anton Krivotsyuk, Elvin Sərkərov (hamısı "Neftçi"), Süleyman Süleymanov, Yusif Nəbiyev, Elvin Dəmirov, Süleyman Əhmədov (hamısı "Sumqayıt"), Amin Seydiyev, Bəhlul Mustafazadə, Qismət Alıyev (hamısı "Qəbələ"), İsmayıl İbrahimli, Hacıağa Hacılı, Rövlan Muradov (hamısı "Qarabağ"), Aydın Bayramov, Eltun Turabov (hər ikisi "Sabah"), İlkin Muradov, Budaq Nəsirov (hər ikisi "Zirə"), Sərtan Taşkın ("Keşlə"), Fəhmin Muradbəyli ("Səbail"), Ziya Əzizov ("Neymegen", Hollandiya), Ozan Can Kökcü ("Giresunspor", Türkiyə), Fərid Nəbiyev ("Slaviya", çexiya), Barış Ekincier ("Bohum 1848", Almaniya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest