"Valensiya" və "Xetafe" klubları İspaniya Futbol Federasiyasından UEFA-ya şikayət edib.
 
Matc.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, La Liqa təmsilçiləri federasiyanın ölkə çempionatının bərpa olunmayacağı halda avrokubok iştirakçılarını düzgün seçməməsindən narazı qalıb.
 
Daha öncə "Marca" nəşri belə bir iddia yaymışdı ki, koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpası mümkün olmayacağı təqdirdə, hansı komandaların avrokuboklarda iştirak edəcəyi artıq müəyyənləşib. İddiaya görə, cari mövsüm ləğv olunsa, UEFA çempionlar Liqası (çL) və Avropa Liqasına (AL) vəsiqələr turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək. Belə olan halda lider "Barselona", həmçinin "Real", "Sevilya" və "Real Sosyedad" çL-də, "Atletiko" və "Xetafe" isə AL-də iştirak hüququ qazanacaq. "Atletik"in də Avroliqada iştirakı ehtimalı var. çünki bu klub "Real Sosyedad"la birgə ölkə kubokunun finalçısıdı.
 
Lakin "Xetafe" bu bölgüdən narazı qalıb. Məsələ burasındadı ki, bu klub hazırda 5-ci pillədə qərarlaşsa da, "Real Sosyedad"a yalnız vurulan qolların sayında uduzur. Hər iki komandada top fərqi və xal eynidi.
 
"Valensiya" isə 10-cu pillədə qərarlaşmış "Atletik"in Avroliqaya göndərilməsindən narazıdı. Bu komanda 7-ci pillədə olduğundan, bunu haqsızlıq hesab edir. Artıq "Valensiya"nın həm İFF-yə, həm də UEFA-ya etiraz məktubu ilə müraciət etdiyi də qeyd olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest