çexiya gənclər liqasında XVI tura yekun vurulub. Matç.az saytının məlumatına görə, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" bu turu səfərdə keçirib.

Praqa təmsilçisi liderlər qrupunda qərarlaşan "Slovan"ın qonağı olub. Nəbiyevin ehtiyatdan başladığı qarşılaşmanın ilk hissəsində komandalar hərəyə 2 dəfə fərqləniblər. Yığmamızın yarımmüdafiəçisi 46-cı dəqiqədə komanda yoldaşını əvəzləyib. Məhz bundan sonra rəqibi üzərində üstünlük quran "Slaviya" 51 və 90-cı dəqiqələrdə növbəti qollarını vuraraq, 4:2 hesablı qələbə qazanıb.

Bu qalibiyyətlə xallarının sayını 17-yə çatdıran "Slaviya" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest