Argentinalı qapıçı Markos Dias Azərbaycandan təklif aldığını etiraf edib. Matc.az xəbər verir ki, 34 yaşlı əlcək sahibi ölkəsinin mediasına açıqlamasında bildirib ki, hazırda şərəfini qoruduğu "Boka Xuniors"dan ayrılmağa yaxın olsa da, son anda qərarını dəyişib.

"Boka Xuniors"dan ayrılmağa çox yaxın idim. çünki Azərbaycandan özünəməxsus təklif almışdım, spesifik variant idi. Hətta klublar arasında danışıq da olmuşdu. Söhbət olmuşdu ki, əgər "Boka" pul qazanacaqsa, bu keçid reallaşsın. Mən özüm də orada müntəzəm oynamaq istəyirdim. Bu, yaxşı fürsət idi. Amma son anda transfer baş tutmadı" - deyə, Dias bildirib.

Qeyd edək ki, Diasla danışıq aparan "Qarabağ" klubu idi. ötən yay çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi qapıçı axtarırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest