İngiltərənin "çelsi" klubunun futbolçuları məvaciblərinin azaldılmasına razı olmayıb.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu, koronavirus pandemiyasının yaratdığı iqtisadi təsir səbəbiylə futbolçulara məvaciblərinin azadılmasını təklif edib.
 
Lakin komanda üzvləri bu təkliflə razılaşmayıb. "çelsi"nin futbolçulara 30 faizlik endirim təklif etdiyi bildirilir. Lakin futbolçular məvaciblərinin sadəcə 10 faiz azaldılmasına razı olacaqlarını bildirib.
 
Klubun futbolçularla müzakirəni davam etdirdiyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest