İngiltərənin "Mançester Siti" klubu "Yuventus"un transfer etmək istədiyi Qabriel Jesusla bağlı qərarını verib.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" hücumçunu Turin klubuna satmayacaq. Jesusun komandada qalmasını istəyən ingilislər, "qoca sinyora"nın təklifindən imtina edib.
 
"Yuventus"un Jesus üçün qarşı tərəfə Duqlas Kostanı təklif etdiyi deyilirdi. İtaliya təmsilçisi 23 yaşlı Jesusa start heyətində daimi iştirak edəcəyini bildirmişdi.
 
Cari mövsümdə "Mançester Siti"nin heyətində 39 oyunda iştirak edən braziliyalı futbolçu, 18 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest