"Liverpul"un zədəli futbolçusu Alisson Bekker sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin məşqçisi Con Ahtenberq klubun saytına açıqlamasında deyib.
 
O, braziliyalı qapıçının artıq sağaldığını və digər futbolçular kimi evdə məşqlərini davam etdirməli olduğunu bildirib.
 
Alisson bu mövsüm "Liverpul"un heyətində 28 oyuna çıxıb. 27 yaşlı qapıçı martın əvvəlində zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest